Bz. e. - Cümə 09:00 - 18:00

logo

News Image
2 may 2025 tarixində Coordinat Group MMC və Rubikon Geosystems MMC birlikdə Sumqayıt Dövlət Universitetində Geodeziya elminin inkişafı ilə bağlı elmi-praktiki tədbir keçirmişdir. Tədbirdə Coordinat Group MMC-nin təsisçisi Vüqar Arazov tələbələrə Geodeziya elmi ilə bağlı geniş informasiyalar vermiş və onlara Geodeziya Ölçü Avadanlıqlarından istifadə qaydalarını izah etmişdir. Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi, pedaqoq Rəna Həsənova "CİS texnologiyalarının Geodeziya elmində tətbiqi" haqqında, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Aysel Cəlilova isə "Məsafədən zondlama və Tətbiqləri" mövzusunda təqdimatla çıxış etmişdirlər. İstifadə olunan Geodeziya alətləri Rubikon Geosystems tərəfindən təmin olunmuşdur. Əlavə olaraq, tələbələrə Pilotsuz Uçuş Aparatlarının mexanizmi və istifadə qaydası haqqında məlumat verilmiş və onların uçuş rejimi tələbələrə praktiki olaraq göstərilmişdir.