20 Fevral 2025-ci il tarixində Baku Marriott Hotel Boulevardda və 21 Fevral 2025-ci ildə Bakı KOB Evində Global Builders & Realtors Unity və Biznes Mərkəzinin təşkilatçılığı ilə ""İnşaatda Güc, Əlaqələrdə Birlik" Dayanıqlı gələcəyə doğru" mövzusunda Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilmişdir. Forumun məqsədi Turan dövlətlərinin tikinti və əmlak sahəsindəki mütəxəssislərini bir araya gətirməkdir. Forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov, Azərbaycan Tikinti Materialları İstehsalçı Assosiasiyasının Baş Katibi Şahanə Sarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strateji planlama sektorunun müdiri Kamran Sadıxlı, Əmlak məsələləri Dövlət Xidmətinin şöbə müdiri Mehdi Səmədov, ƏMDX-nin nümayəndələri Tofiq Kərimov və Rəsul Məmmədov, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı Direktoru Elmar Mirsalayev, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı Direktorunun müşaviri Məmməd Ağayev, Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov, deputatlar Ceyhun Məmmədov və Vüqar İskəndərov fərqli sektorlardan bir çox özəl şirkətlər və Türk dünyasının bir sıra qurum və təşkilatlarının nümayəndələri iştirak etmişdir. Turan dövlətlərinin iqtisadi gücünü artırmağa yönəlmiş bu tədbir, gələcəkdə əmlak və tikinti sahəsində tərəfdaşlıq üçün böyük fürsətlər yaratmağı hədəfləyir.
Şübhəsiz ki, inşaat sektorunun ayrılmaz parçası olan geodeziya sahəsini alətlərsiz təsəvvür etmək mümkün deyil. Rubikon Geosystems MMC olaraq inşaat şirkətləri və geodeziya mühəndislərinə ən son texnologiya şərtlərinə cavab verən alətlərlə xidmət göstərməyi özümüzə borc bilirik. Bu səbəbdən, bu forumda iştirak etmək, Türk dünyasının inşaat sektorunun görkəmli nümayəndələri ilə sarsılmaz əlaqələr qurmaq məqsədilə şirkətimizi "Rubikon Geosystems MMC"-nin direktoru Təbriz Talıbov təmsil etmişdir.
İstinadlar: https://gbaruforums.com/